...

Azərbaycan Baş nazirinin müavini: Sarkisyan rejimi Dağlıq Qarabağ probleminin həllinə getməyəcək

Siyasət Materials 18 İyun 2012 12:10 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin bu gün Parisdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.
Azərbaycan Baş nazirinin müavini: Sarkisyan rejimi Dağlıq Qarabağ probleminin həllinə getməyəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir M.Əliyev/

Sarkisyan rejimi Dağlıq Qarabağ probleminin həllinə getməyəcək.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin bu gün Parisdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.

"Ermənistanda azərbaycanlıların tökülmüş qanı üzərində hakimiyyətə gəlmiş Sarkisyan rejimi var. Onlar heç vaxt bu problemin həllinə getməyəcəklər", - o deyib.

Baş nazirin müavini hesab edir ki, bu məsələdə Rusiya öz mövqeyini ortaya qoymalıdır, təsir göstərməlidir, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də buna qoşulmalıdır.

Xəbər lenti

Xəbər lenti