...

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qruplar hazırlayır

Siyasət Materials 18 İyun 2012 12:28 (UTC +04:00)
Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında narkotik yetişdirir, terrorçu qruplar hazırlayırlar.
Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qruplar hazırlayır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir M.Əliyev/

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında narkotik yetişdirir, terrorçu qruplar hazırlayırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Həsənov Ombusmanların V beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, BMT ötən il həmin ərazilərdə monitorinq keçirmək istəsə də, Ermənistan tərəfi buna icazə verməyib. Baş nazirin müavini hesab edir ki, beynəlxalq ictimaiyyət bu problemə biganəliyə son qoymalıdır.

"Beynəlxalq aləmin çoxşaxəli standartlarla yanaşması nəticəsində Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır", - o deyib.

Həsənovun sözlərinə görə, Rusiyanın da bu məsələyə mövqeyi müəyyənləşməlidir. Çünki münaqişənin həlli açarı Rusiyadadır.

"Artıq Ermənistan ərazisi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün Azərbaycan Rusiya üçün daha əhəmiyyətlidir", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti