...

Türk-erməni münasibətləri üzrə komitə ləğv edildi

Siyasət Materials 18 İyun 2012 15:20 (UTC +04:00)
2003-cü ildə Türkiyədə Ali Təhsil Şurası yanında yaradılan Türkiyə-Ermənistan münasibətləri üzrə milli komitə ləğv edilib.
Türk-erməni münasibətləri üzrə komitə ləğv edildi

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Tağıyeva/

2003-cü ildə Türkiyədə Ali Təhsil Şurası yanında yaradılan Türkiyə-Ermənistan münasibətləri üzrə milli komitə ləğv edilib. Bu barədə Trend bazar ertəsi Türkiyə KİV-ə istinadən məlumat verir.

Komitə erməni-türk münasibətləri, erməni mədəniyyəti, siyasəti və tarixi sahəsində araşdırmaların aparılması ilə məşğul olurdu.

Komitədə Ali Təhsil Şurasının iki üzvü, Qafqaz və Ermənistan üzrə yeddi ekspert, dövlət və özəl müəssisələrdə çalışan beş tədqiqatçı fəaliyyət göstərirdi.

Komitənin yaradılmasında məqsəd Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması olub.

Xəbər lenti

Xəbər lenti