...

Moskvada "altılıq" ilə danışıqlar bu gün başa çata bilər - İran nümayəndəsi

Siyasət Materials 18 İyun 2012 18:35 (UTC +04:00)
Moskvada keçirilən İranın nüvə problemi üzrə danışıqlar əvvəl planlaşdırılan kimi çərşənbə axşamı deyil, artıq bazar ertəsi başa çata bilər.
Moskvada "altılıq" ilə danışıqlar bu gün başa çata bilər - İran nümayəndəsi

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Moskvada keçirilən İranın nüvə problemi üzrə danışıqlar əvvəl planlaşdırılan kimi çərşənbə axşamı deyil, artıq bazar ertəsi başa çata bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İran nümayəndə heyətinin üzvü bildirib.

"Danışıqlar artıq bu gün başa çata bilər", - agentliyin həmsöhbəti deyib.

Moskvada "altılıq" ölkələri vasitəçilərinin iştirakı ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə İranın nüvə proqramı üzrə danışıqları keçirilir.

Xəbər lenti

Xəbər lenti