...

İran və "altılıq" arasında danışıqlarda əsas müzakirə mövzusu uranın zənginləşdirilməsi olacaq

Siyasət Materials 19 İyun 2012 13:15 (UTC +04:00)
Çərşənbə axşamı Moskvada İran və "altılıq" ölkələri arasında keçirələcək danışıqlarda İranın uranı zənginləşdirməsi məsələsi müzakirəyə çıxarılacaq.
İran və "altılıq" arasında danışıqlarda əsas müzakirə mövzusu uranın zənginləşdirilməsi olacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbirlər E.Tarıverdiyeva, D.Xatınoğlu/

Çərşənbə axşamı Moskvada İran və "altılıq" ölkələri arasında keçirələcək danışıqlarda İranın uranı zənginləşdirməsi məsələsi müzakirəyə çıxarılacaq. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İranın əsas müzakirəçisinin müavini Əli Baqiri bildirib.

Baqiri bəyan edib ki, "altılıq" İranın uranı zənginləşdirmək hüququ və rəsmi Tehranın təklifləri ilə bağlı mövqeyini açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti