...

Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin 20-ci ildönümü qeyd olunub

Siyasət Materials 19 İyun 2012 20:40 (UTC +04:00)
Bu gün Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş mərasim keçirilib.
Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin 20-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş mərasim keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladaraq qeyd edib ki, Rumıniya Azərbaycanın haqq işini, yəni ölkəmizi Dağlıq Qarabağ problemində dünyada dəstəkləyən dövlətlərdən biridir.

Azərbaycan ilə Rumıniya arasında əlaqələrin ulu öndər Heydər Əliyevin vaxtında qurulduğunu deyən Abasov bildirib ki, bu gün iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində bu əlaqələr davam edir və daha da genişlənir.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu qeyd edib ki, ötən 20 il ərzində hər iki ölkənin diqqəti və səyləri sayəsində ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edib.

Dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayan səfir bildirib ki, Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlığın həyata keçirilməsi regionda və dünyada sülh və tərəqqiyə öz töhfəsini verəcək.

Mərasim Rumıniyanı Bakıda "Eurovision 2012" mahnı müsabiqəsində təmsil etmiş "Mandinga" qrupunun konsert proqramı ilə davam edib.

Xəbər lenti

Xəbər lenti