...

Türkiyə ordusu İraqın şimalındakı PKK bazalarını bombardman edib

Siyasət Materials 20 İyun 2012 11:49 (UTC +04:00)
Dünən axşam saatlarından etibarən Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terror təşkilatının bazalarını bombardman edib.
Türkiyə ordusu İraqın şimalındakı PKK bazalarını bombardman edib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir R.Hafizoğlu/

Dünən axşam saatlarından etibarən Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terror təşkilatının bazalarını bombardman edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Milliyyət" qəzeti xəbər verib.

Məlumata görə, Türkiyə HHQ İraqın şimalındakı Amadiya, Avaşin, Zap bölgələrini bombardman edib.

Dünən Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin bir sıra əyalətlərində türk hərbçilərə qarşı üç dəfə hücum təşkil ediblər. Baş verən atışma nəticəsində 8 hərbçi şəhid olub, daha 15 hərbçi isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti