...

İlham Əliyev Bakı şəhəri və qəsəbələrinin inkişafına dair Dövlət Proqramının icrasının I ilinin yekunları üzrə konfransda iştirak edib (FOTO)

Siyasət Materials 20 İyun 2012 11:44 (UTC +04:00)
İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
İlham Əliyev Bakı şəhəri və qəsəbələrinin inkişafına dair Dövlət Proqramının icrasının I ilinin yekunları üzrə konfransda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Dövlətimizin başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Oqtay Sadıqov, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid Daniyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov Dövlət Proqramının birinci ili ərzində görülən işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev konfransda yekun nitqi söyləyib.

Xəbər lenti

Xəbər lenti