Azərbaycan, Bakı, 20 iyun /Trend/
Türkiyənin paytaxtı Ankara şəhərində bir neçə küçəyə Azərbaycan bölgələrinin adları verilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ankara Böyükşəhər Bələdiyyə Məclisi tərəfindən qəbul edilən 833 saylı qərarla və Ankara Valiliyinin təsdiqi ilə Ankara şəhərinin 1-ci Orqanizə Sənaye bölgəsində olan 4 adsız küçəyə Azərbaycanın tarixi və bölgə adlarını özündə əks etdirən adlar verilib. Bunlar aşağıdakılardır:
- 4 saylı küçə - Naxçıvan küçəsi;
- 7 saylı küçə - Qarabağ küçəsi;
- 8 saylı küçə - Qaraqoyunlu küçəsi;
- 9 saylı küçə - Ağqoyunlu küçəsi.
Qeyd edək ki, bundan əvvəl Ankara Böyükşəhər Bələdiyyəsinin 319 saylı qərarı ilə Ankaradakı prospektlərdən birinə Xocalı adı verilmişdi.