...

İran Mərkəzi Bankının saytı kiberhücumdan sonra yenidən fəaliyyətə başlayıb

Siyasət Materials 21 İyun 2012 13:13 (UTC +04:00)
İran Mərkəzi Bankının (İMB) saytı kiberhücuma məruz qalıb ki, nəticədə bankın serveri dağılıb.
İran Mərkəzi Bankının saytı kiberhücumdan sonra yenidən fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbirlər E.Tarıverdiyeva, M.Moezzi/

İran Mərkəzi Bankının (İMB) saytı kiberhücuma məruz qalıb ki, nəticədə bankın serveri dağılıb. Bu barədə Trend cümə axşamı ILNA agentliyinə istinadən məlumat verir.

Çərşənbə axşamı İMB-nin saytına daxil olmaq mümkün olmayıb.

İranın kəşfiyyat naziri Heydər Moslehi cümə axşamı bəyan edib ki, düşmənlər iyunun 18-19-da Moskvada keçirilən nüvə problemi üzrə danışıqlardan sonra kiberhücumları gücləndiriblər.

Bank bu məlumatı rəsmən təsdiqləməyib, lakin hələ iyunun 11-də İMB-nin rəhbəri Mahmud Bəhmani bildirmişdi ki, sayta hər gün 250-dək kiberhücum cəhdi olur.

Cümə axşamı səhər saatlarına yaxın İMB-nin saytı yenidən fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti