...

Elnur Aslanov: Azərbaycan dəfələrlə Qəbələ RLS məsələsində mövqeyini ortaya qoyub

Siyasət Materials 21 İyun 2012 13:52 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Elnur Aslanov: Azərbaycan dəfələrlə Qəbələ RLS məsələsində mövqeyini ortaya qoyub

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Qəbələ RLS-lə bağlı dünən Rusiya tərəfi öz mövqeyini ortaya qoyub.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyinin, müvafiq qurumların fikirləri, mövqeyi ortaya qoyulacaq. Azərbaycan dəfələrlə bu məsələdə mövqeyini ortaya qoyub. Müəyyənləşdirilmiş, təqdim edilən, istər rəqəm, istərsə də təkliflər Azərbaycanın bugünkü iqtisadi-siyasi inkişafını əks etdirir", - o deyib.

Aslanov bildirib ki, eyni zamanda, təqdim olunan rəqəm bugünkü reallıqlara da uyğundur.

"Unutmaq olmaz ki, Azərbaycan bu gün regionda ən inkişaf etmiş məkandır, eyni zamanda, Azərbaycanın mövcud Konstitusiyasına görə, hər hansı xarici dövlətin ölkə ərazisində hərbi bazasının mövcudluğu qadağan olunur.

Buna uyğun olaraq, bu gün Azərbaycanın Qəbələ RLS ətrafında Rusiya tərəfi ilə danışıqları davam edir və gözləyək görək, nəticələr necə olacaq", - Aslanov deyib.

İcarə müqaviləsi ilə bağlı suala münasibət bildirən Aslanov bununla bağlı danışıqların getdiyini və Azərbaycan tərəfinin bu tipli məsələlərin bağlı qapılar arxasında müzakirəsinin tərəfdarı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti