...

İƏT Suriya böhranının həllində beynəlxalq səyləri birləşdirməyə çağırıb

Siyasət Materials 21 İyun 2012 14:15 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət Suriya böhranının həllində səyləri birləşdirməlidir. Bu məqsədlə iyunun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin təcili iclası keçiriləcək.
İƏT Suriya böhranının həllində beynəlxalq səyləri birləşdirməyə çağırıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Tağıyeva/

Beynəlxalq ictimaiyyət Suriya böhranının həllində səyləri birləşdirməlidir. Bu məqsədlə iyunun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin təcili iclası keçiriləcək. Trend-in təşkilatın məlumatına istinadən verdiyi məlumata görə, bu barədə İƏT-in baş katibi Ekmələddin İhsanoğlu bildirib.

"İclasda İslam dünyasının problemləri müzakirə ediləcək. Müzakirələrin əsas mövzusu Suriya böhranı olacaq", - İhsanoğlu deyib.

İclas iştirakçıları, həmçinin, Fələstin qaçqınları, Fələstin ərazisindəki İsrail məskənləri, Sudandakı siyasi böhran məsələlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti