...

Türkiyə və Aİ viza rejiminin ləğvi barədə razılığa gəliblər

Siyasət Materials 21 İyun 2012 15:20 (UTC +04:00)
Türkiyə və Avropa İttifaqı (Aİ) viza rejiminin ləğv edilməsi ilə bağlı konsensus əldə ediblər.
Türkiyə və Aİ viza rejiminin ləğvi barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Avropa İttifaqı (Aİ) viza rejiminin ləğv edilməsi ilə bağlı konsensus əldə ediblər.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, bu gün Brüsseldə viza rejiminin ləğvi ilə bağlı Türkiyə və Aİ arasında anlaşma memorandumunun imzalanacağı gözlənilir. Türkiyə tərəfindən memorandumu ölkənin Aİ-dəki daimi nümayəndəsi Səlim Yener imzlayacaq.

Sazişin həyata keçirilməsi Türkiyə vətəndaşlarına artıq 5-6 aydan sonra Aİ ölkələrinə vizasiz səfər etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti