...

Türkiyə Fransaya qarşı sanksiyaları ləğv etməyə hazırlaşır

Siyasət Materials 21 İyun 2012 16:07 (UTC +04:00)
Türkiyə Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini müzakirə etməsi səbəbindən bir müddət əvvəl bu ölkəyə qarşı qəbul etdiyi bəzi sanksiyaları ləğv etməyə hazırlaşır.
Türkiyə Fransaya qarşı sanksiyaları ləğv etməyə hazırlaşır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini müzakirə etməsi səbəbindən bir müddət əvvəl bu ölkəyə qarşı qəbul etdiyi bəzi sanksiyaları ləğv etməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "CNN Turk" telekanalına müsahibəsində bildirib.

"Türkiyə-Fransa münasibətləri yeni mərhələyə qədəm qoyur. Qarşıdakı ikitərəfli görüşdə tərəflər Ankaranın Parisə qarşı sanksiyaları ləğv etməsini müzakirə edəcəklər", - Davudoğlu deyib.

Nazirin sözlərinə görə, onun Fransaya səfəri iyulun 5-nə planlaşdırılıb.

Davudoğlu onu da qeyd edib ki, bəzi şəxslər Türkiyə-Fransa münasibətlərini korlamağa çalışıblar, lakin bu "uğursuz dövr" keçdi və iki ölkənin münasibətləri bundan sonra da inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti