...

Azərbaycanın millət vəkilləri AŞ PA-nın yay sessiyasında iştirak edəcəklər

Siyasət Materials 21 İyun 2012 16:23 (UTC +04:00)
İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək.
Azərbaycanın millət vəkilləri AŞ PA-nın yay sessiyasında iştirak edəcəklər

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək.

Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada demokratiyanın cari vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti