...

Rusiya XİN: Əsədin Suriya Prezidenti vəzifəsindən könüllü getməsi qeyri-mümkündür

Siyasət Materials 21 İyun 2012 18:50 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar Əsədin dövlət başçısı vəzifəsindən könüllü getməsi mümkün deyil. Qərb ölkələrinin liderlərinin belə tələbləri mənasızdır.
Rusiya XİN: Əsədin Suriya Prezidenti vəzifəsindən könüllü getməsi qeyri-mümkündür

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Suriya Prezidenti Bəşşar Əsədin dövlət başçısı vəzifəsindən könüllü getməsi mümkün deyil. Qərb ölkələrinin liderlərinin belə tələbləri mənasızdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

"Sxemə əsasən, zorakılığın və siyasi prosesin dayandırılması baxımından öncədən nə isə baş verəcəyi təqdirdə, Prezident Əsəd hara isə getməlidir. Bu sxem birmənalı olaraq başlanğıcdan işləmir, nəticə vermir, çünki Əsəd getməyəcək", - Lavrov qeyd edib.

Nazirin sözlərinə görə, başa düşmək lazımdır ki, ötən seçkilərə münasibətin necə omasından asılı olmayaraq, Əsədə, onun partiyasına, siyasətinə ən azı Suriya əhalisinin yarısı səs verib. Onlar müxtəlif səbəblərə görə gələcəklərini və təhlükəsizliklərini Əsədlə bağlayırlar.

Lavrov əlavə edib ki, Suriya Liviya ssenarisinin tətbiq ediləcəyinə imkan verməyəcək.

"Suriyaya qarşı Liviya variantının tətbiq ediləcəyinə yol verilməyəcək. Biz buna təminat veririk. Buna görə də oturub razılığa gəlmək lazımdır. Biz atəşkəs rejiminə və qarşıdurma tərəflərini danışıqlar masası arxasına oturtmağa nail olmalıyıq", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti