...

Bakıda Asiya Birliyinin yaradılması müzakirə edilir

Siyasət Materials 22 İyun 2012 10:57 (UTC +04:00)
Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlığın artırılmasına böyük ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Asiya Siyasi Partiyalar Beynəlxalq Kofransının (İnternational Conference of Asian Political Parties - İCAPP) 17-ci iclasında Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib
Bakıda Asiya Birliyinin yaradılması müzakirə edilir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Asiya ölkələrinin siyasi partiyaları arasında əməkdaşlığın artırılmasına böyük ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Asiya Siyasi Partiyalar Beynəlxalq Kofransının (İnternational Conference of Asian Political Parties - İCAPP) 7-ci iclasında Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib.

"Bu əməkdaşlıq Asiya Birliyinin yaradılmasına təkan verəcək. Asiyanın iqtisadi potensialı dünyada birinci yerdə olsa da, dünyada siyasi təsir qüvvəsi bir o qədər çox deyil", - Əhmədov çıxışında deyib.

Əhmədov gələcəkdə Asiya Birliyinin, Asiya ölkələrinin Parlament İttifaqının yaradılmasının vacib olduğunu qeyd edib.

"Regionların tarixini həmin regionda yaşayan xalqlar həll etməlidir. Əks halda o xalqların taleyini həmin regiona aid olmayan dövlətlər həll edir. Taleyi kənardan həll olunan regionlar isə Asiyada daha çoxdur", - Əhmədov deyib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında Bakıda keçiriləcək İCAPP 7-ci Baş Assambleyası yüksək səviyyədə təşkil olunacaq.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının Daimi Komitəsinin iclası sabah başa çatacaq.

YAP-ın təmsil olunduğu Daimi Komitənin növbəti iclası Baş Assambleyaya hazırlıq məqsədilə keçirilir.

Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti