...

Avni Ərdəmir: Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər daha çox inkişaf etməlidir

Siyasət Materials 22 İyun 2012 11:17 (UTC +04:00)
Türkiyə və Azərbaycan iki qardaş ölkədir və onların ümumi maraqarı var. Bu səbəbdən biz bütün sahələrdə əlaqələri inkişaf etdirməliyik. Xüsusilə iqtisadi baxımından əlaqələr daha çox inkişaf olunmalıdır
Avni Ərdəmir: Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər daha çox inkişaf etməlidir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı hesab edir ki, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər daha çox inkişaf etməlidir.

"Türkiyə və Azərbaycan iki qardaş ölkədir və onların ümumi maraqarı var. Bu səbəbdən biz bütün sahələrdə əlaqələri inkişaf etdirməliyik. Xüsusilə iqtisadi baxımından əlaqələr daha çox inkişaf olunmalıdır" Trend-in məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə
Türkiyə hakim partiyasının deputatı Avni Ərdəmir bildirib.

Ərdəmir həmçinin deyib ki, Türkiyə hər zamankı kimi işğal olunmuş Azərbaycan torpasqlarının şərtsiz azad olunması mövqeyində durub.

Xəbər lenti

Xəbər lenti