Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir S.Ağayeva/
İranın Xarici İşlər Nazirliyi Azərbaycanın iki vətəndaşının həbs edilməsini təsdiq edib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
"İran XİN-in Azərbaycanın notasına cavabında deyilir ki, Azərbaycanın iki vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə cinayət törətməyə cəhddə təqsirləndirilirlər", - Abdullayev bildirib.
Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş konsulluğu saxlanılan vətəndaşlarımızla görüşmək tələbi ilə yerli hakimiyyətə müraciət edib.
Azərbaycanın iki vətəndaşı mayın 2-dən İranda itkin düşmüşdülər.
Azərbaycan XİN vətəndaşlarımızla bağlı vəziyyəti aydınlaşdırmaq tələbi ilə bundan əvvəl İran XİN-ə üç nota göndərib.