...

Bu ilin payızında türkdilli ölkələrinin dövlət başçılarının sammiti keçiriləcək

Siyasət Materials 22 İyun 2012 13:59 (UTC +04:00)
Bu ilin payızında türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək və TÜRKPA həmin sammitdə yaxından iştirak edəcək.
Bu ilin payızında türkdilli ölkələrinin dövlət başçılarının sammiti keçiriləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Bu ilin payızında Bişkekdə türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək və TÜRKPA həmin sammitdə yaxından iştirak edəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə TÜRKPA-nın baş katibi Ramil Həsənov bildirib.

Türkmənistanın quruma qoşulmaması ilə bağlı məsələni cavablandıran Həsənov deyib ki, dövlət başçılarının sammitində Türkmənistan Prezidenti iştirak edərsə, Türkmənistanın ən azından müşahidəçi qismində təmsil olunmasına ümid etmək olar.

Onun sözlərinə görə, bu ilin sentyabr-noyabr aylarında TÜRKPA-nın 4 daimi komissiyasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti