...

ABŞ-ın Azərbaycandakı yeni səfiri növbəti həftələrdə təyin ediləcək

Siyasət Materials 22 İyun 2012 20:02 (UTC +04:00)
ABŞ Senatında Riçard Morninqstarın Azərbaycana səfir təyin edilməsi ilə bağlı növbəti səsvermə yaxın həftələrdə baş tuta bilər.
ABŞ-ın Azərbaycandakı yeni səfiri növbəti həftələrdə təyin ediləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

ABŞ Senatında Riçard Morninqstarın Azərbaycana səfir təyin edilməsi ilə bağlı növbəti səsvermə yaxın həftələrdə baş tuta bilər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq deyib.

Onun sözlərinə görə, Riçard Morninqstar tam şəkildə ABŞ Senatı tərəfindən təsdiqlənməyənə qədər Azərbaycanda səfir hesab oluna bilməz.

O qeyd edib ki, bu həftə Senatın Xarici əlaqələr komitəsi yekdilliklə Morninqstarın namizədliyini təsdiqləyib. Lakin Senat Morninqstarın namizədliyini tam təsdiq etdikdən sonra Morninqstar ABŞ-ın Azərbaycanda səfiri hesab oluna bilər.

Sterlinq deyib ki, ABŞ Senatı iş qrafikini özü müəyyən edir və səsvermənin nə vaxt olması barədə nəsə demək çətindir, ancaq bu, qarşıdan gələn bir neçə həftə ərzində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti