...

Bakıda Amerika Mərkəzinin yaradılmasından 5 il ötür

Siyasət Materials 22 İyun 2012 20:17 (UTC +04:00)
Bu gün Bakıda Amerika Mərkəzinin yaradılmasının 5 illiyi tamam olub. Trend-in məlumatına görə, bu məqsədlə Azərbaycan Dillər Unuiversitetində mərasim keçirilib.
Bakıda Amerika Mərkəzinin yaradılmasından 5 il ötür

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Amerika Mərkəzinin yaradılmasının 5 illiyi tamam olub. Trend-in məlumatına görə, bu məqsədlə Azərbaycan Dillər Unuiversitetində mərasim keçirilib.

Mərasimdə çıxış edən ADU-nun rektoru, profesor Səməd Seyidov Amerika Mərkəzinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, mərkəz 5 il ərzində çox işlər görüb.

Seydov, həmçinin, Azərbaycan-ABŞ əlaqələrinə toxunaraq qeyd edib ki, Azərbaycan ilə ABŞ yalnız strateji tərəfdaş deyil, eləcə də strateji dostdurlar. ABŞ və Azərbaycan əsgərləri Əfqanıstanda terrorizmə qarşı çiyin-çiyinə mübarizə aparırlar.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq qeyd edib ki, mərkəz yaranandan bəri çox uğurlu fəaliyyət göstərib.

Onun sözlərinə görə, bu mərkəzin ABŞ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində mühüm rolu var. Sterlinq bildirib, hər il təxminən 40-50 min qonaq bu mərkəzə baş çəkir. Bu mərkəzdə yalnız azərbaycanlılar ABŞ mədəniyyəti öyrənmir, eləcə də amerikalılar Azərbaycan dilini və mədəniyyətini öyrənirlər. Bu məqsədlə bu il növbəti dəfə 12 amerikalı Azərbaycana gələcək.

Sterlinq Amerika Mərkəzinin uğurlu və uzunmüddətli olacağına inandığını bildirib.

Sonda Mərkəzin fəaliyyətinin davam etdirilməsi üçün Adam Sterlinq və Səməd Seyidov tərəfindən yeni anlaşma memorandumu imzalanıb.

Xəbər lenti

Xəbər lenti