...

Əhməd Davudoğlu: "Suriya tərəfindən vurulan təyyarə silahlı olmayıb"

Siyasət Materials 24 İyun 2012 13:45 (UTC +04:00)
"Bizim təyyarə silahlı olmayıb və Suriya ərazisində o heç bir gizli missiya keçirmiyib", Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bazar günü TRT kanalına verilən müsahibəsində deyib.
Əhməd Davudoğlu: "Suriya tərəfindən vurulan təyyarə silahlı olmayıb"

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A.Əsgərov/

"Bizim təyyarə silahlı olmayıb və Suriya ərazisində o heç bir gizli missiya keçirmiyib", Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bazar günü TRT kanalına verilən müsahibəsində deyib.

Nazir qeyd edib ki, pilotlar test uçuşu aparıblar və ətrafda yerləşən ölkələr uçuş barəsində xəbərdar idi.

Qeyd edək ki, şənbə günü Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Suriya tərəfindən vurulub. Suriya tərəfinin açıqlamasına görə, Türkiyəyə məxsus qırıcı təyyarə ölkənin hava məkanını pozub və onun vurulmasından sonra Türkiyəyə məxsus olduğu təsbit edilib.

Xəbər lenti

Xəbər lenti