...

Azərbaycan Suriyada Türkiyə təyyarəsinin vurulması ilə bağlı insidenti pisləyir

Siyasət Materials 25 İyun 2012 14:27 (UTC +04:00)
Azərbaycan cümə günü Suriyada vurulan Türkiyə təyyarəsi ilə bağlı insidenti pisləyir.
Azərbaycan Suriyada Türkiyə təyyarəsinin vurulması ilə bağlı insidenti pisləyir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan cümə günü Suriyada vurulan Türkiyə təyyarəsi ilə bağlı insidenti pisləyir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bazar ertəsi brifinqdə bəyan edib.

"Bu insident diqqətlə araşdırılmalıdır və daim qardaş Türkiyə xalqının yanında olan Azərbaycan insidentin tezliklə araşdırılmasına çağırır", - o deyib.

Abdullayev bildirib ki, bu insident regionda gərginliyin azalmasına kömək etmir.

Xəbər lenti

Xəbər lenti