...

Növbəti "Crans Montana" forumunun proqramı açıqlanıb

Siyasət Materials 25 İyun 2012 14:53 (UTC +04:00)
28 iyun -1 iyul tarixində Bakıda illik 23-cü "Crans Montana" forumu keçiriləcək.
Növbəti "Crans Montana" forumunun proqramı açıqlanıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Tariverdiyeva/

28 iyun -1 iyul tarixində Bakıda illik 23-cü "Crans Montana" forumu keçiriləcək.

Forum Azərbaycan hökumətinin dəstəyil ilə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi forumun rəsmi saytında məlumat verilir.

Forum enerji siyasəti mövzusunda dövlət və özəl idarəetmə məsələlərinə həsr ediləcək.

Foruma dəvət edilən liderlər sırasında Gürcüstan Prezidenti Mixail Saakaşvili, forumun icraçı sədri və qurucusu, səfir Jan-Pol Karteron, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhdi şahzadə Fuceyra Şeyx Məhəmməd bin Hamad bin Məhəmməd əl Şarki, Lüksemburq Şahzadəsi Jan və digər yüksəkvəzifəli şəxslər var.

Forumun əsas müzakirələri Azərbaycanın Şərqi Avropanın elektrik enerjisi ilə təminatındakı roluna, Yaxın Şərqdəki vəziyyətə, beynəlxalq korporativ siyasətdə etik qaydalar monitorinqinin keçirilməsinə həsr ediləcək.

Xəbər lenti

Xəbər lenti