...

Azərbaycanın Suriyadakı səfirliyi ölkədə işini davam etdirir – XİN

Siyasət Materials 25 İyun 2012 14:51 (UTC +04:00)
Azərbaycanın Suriyadakı səfirliyi ölkədə işini davam etdirir.
Azərbaycanın Suriyadakı səfirliyi ölkədə işini davam etdirir – XİN

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Suriyadakı səfirliyi ölkədə işini davam etdirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Biz hələlik Azərbaycan səfirliyinin bu ölkədə fəaliyyətinin dayandırılmasına zərurət görmürük", - o deyib.

Abdullayev qeyd edib ki, statistikaya görə, iyunun 10-da Suriyada 60 Azərbaycan vətəndaşı olub.

"Yanvar ayından, yəni Suriyada vəziyyət gərginləşməyə başlayandan təxminən 50 soydaşımız vətənə qayıdıb", - XİN rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti