...

İlham Əliyev Misirin yeni prezidentini təbrik edib

Siyasət Materials 25 İyun 2012 15:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb
İlham Əliyev Misirin yeni prezidentini təbrik edib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" İlham Əliyev təbrik məktubunda bildirib.

Xəbər lenti

Xəbər lenti