...

Avropa Şurası Baş katibi müavini seçilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 İyun 2012 22:23 (UTC +04:00)
Trend-in məlumatına görə, AŞ Baş katibinin hazırkı müavini Mod de Bur Bukikio-nun (Maud de Boer-Buquicchio) səlahiyyət müddəti cari ilin 31 avqustunda sona yetir
Avropa Şurası Baş katibi müavini seçilib (ƏLAVƏ OLUNUB)

Nəticələr əlavə olunub (ilk xəbər 13:21-də yayılıb)

Fransa, Strasburq, 26 iyun / Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ikinci iş günündə keçirilən gizli səsvermədə xanım Qabriella Bataini-Dragoni Avropa Şurası Baş katibinin yeni müavini seçilib. O, 257 səsdən 133-nü toplayıb. Əksər səsçoxluğu isə 126 səs idi.

Bu posta iddialı olan digər namizəd 117 səs toplayıb.

Üç il müddətinə bu vəzifəyə seçilən Baş katibin yeni müavini öz səlahiyyətlərinin icrasına 2012-ci il sentyabrın 1-dən başlayacaq.

Trend-in məlumatına görə, AŞ Baş katibinin hazırkı müavini Mod de Bur Bukikio-nun (Maud de Boer-Buquicchio) səlahiyyət müddəti cari ilin 31 avqustunda sona yetir.

Bununla bağlı, AŞ PA-nın yanvar ayında keçirilən qiş sessiyası çərçivəsində təşkilatın AŞ PA ilə AŞ Nümayəndələr Komitəsi arasındakı fəaliyyətlərin koordinasiya orqanı olan Birgə Komitəsində məsələyə dair müzakirələr aparılıb. Sözügedən posta fevral ayından başlayaraq namizədlərin irəli sürülməsi prosesi 2012-ci ilin 31 martınadək davam edib. Bundan sonra, AŞ Nümayəndələr Komitəsinin 2012-ci ilin may ayında keçirilən iclasında AŞ Baş katibinin müavini postuna irəli sürülmüş namizədlərdən ibarət siyahı qəbul olunaraq AŞ PA-ya təqdim olunub. Prosedura uyğun olaraq, AŞ PA Avropa Şurası Baş katibinin müavini postuna namizədi Nümayəndələr Komitəsinin təqdim etdiyi siyahıdakı şəxslər arasından seçir. Yeni müavinin səlahiyyət müddəti üç il olacaq.

Bu posta İtaliya hökuməti tərəfindən xanım Qabriellaa Bataini Draqoninin (Gabriella Battaini-Dragoni) və İsveçrə hökuməti tərəfindən isə Jerar Studman (Gerard Stoudmann) namizədlikləri irəli sürülüb.

Xanım Qabriellaa Bataini Draqoni (Gabriella Battaini-Dragoni 2011-ci ilin oktyabr ayından AŞ Proqramlar üzrə Baş direktorudur. Bundan əvvəl isə, təşkilatda müxtəlif məsul vəzifələrdə, o cümlədən 2004-2011 illər arasında AŞ Təhsil, Mədəniyyət və İrs, Gənclər və İdman üzrə Baş direktoru, habelə AŞ-nin Mədəniyyətlərarası dialoq üzrə (2005-ci ildən) və Diskriminasiyaya qarşı kampaniya üzrə koordinatoru olub.

Jerar Studman (Gerard Stoudmann -İsveçrə) 2009-cu ilin noyabr ayından AŞ Baş katibinin islahatlar və təşkilatı məsələlər üzrə xüsusi nümayəndəsidir. Bundan əvvəl isə o, həm İsveçrə, həm də beynəlxalq səviyyədə məsul vəzifələrdə çalışıb. 1997-2003-cü illərdə ATƏT-in Demokratik təsisatlar və İnsan haqları bürosunun (BİDDH/OSCE) direktoru, 2003-2006-ci illər arasında Cenevrə təhlükəsizlik siyasəti mərkəzinin rəhbəri, BMT-nin Kot-Divuardakı seçkilər üzrə xüsusi nümayəndəsi və İsveçrə xarici işlər departamentinin fransız dilli Afrika üzrə xüsusi elçisi postlarını tutub. O, təcrübəli diplomat kimi xarakterizə edilir.

Qeyd edək ki, AŞ çərçivəsində aparılana islahatlat nəticəsində, təşkilatın Baş katibinin müavininin səlahiyyət müddəti 5 ildən 3 ilə endirilib.

Səsəvermə gizli keçiriləcək. Birimci turda səslərin əksərriyətini toplayan namizəd seçilir. Hər iki namizəd eyni səs toplayarsa, ikinci tur iyunun 27-də olacaq.

Baş katibin yeni müavini öz səlahiyyətlərinin icrasına 2012-ci ilin sentyabrından başlayacaq.

Xəbər lenti

Xəbər lenti