...

Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlir

Siyasət Materials 26 İyun 2012 14:08 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili iyunun 29-da Azərbaycana səfər edəcək.
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlir

Gürcüstan, Tbilisi, 26 iyun / Trend, ümxbibr N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili iyunun 29-da Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, Gürcüstanın dövlət başçısının mətbuat katibi Manan Mancqaladzenin çərşənbə axşamı brifinqdə verdiyi məlumata görə, Mixail Saakaşvili Crans Montana regional forumuin dxa iştirak edəcək.

Onun sözlərinə görə, Gürcüstan Prezidentinin ölkənin ali rəhbərliyi ilə görüşü gözlənilir.

"Bizim Azərbaycanla ənənəvi yaxşı münasibətlərimiz var və iki ölkənin liderləri birgə regional layihələri və ikitərəfli münasibətləri müzakirə edəcəklər", - Mancqaladze bildirib.

İyunun 28-dən iyulun 1-dək Bakıda illik 23-cü Crans Montana forumu keçiriləcək.

Forum Azərbaycan hökumətinin dəstəyil ilə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi forumun rəsmi saytında məlumat verilir.

Forum enerji siyasəti mövzusunda dövlət və özəl idarəetmə məsələlərinə həsr ediləcək.
Foruma dəvət edilən liderlər sırasında Gürcüstan Prezidenti Mixail Saakaşvili, forumun icraçı sədri və qurucusu, səfir Jan-Pol Karteron, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhdi şahzadə Fuceyra Şeyx Məhəmməd bin Hamad bin Məhəmməd əl Şarki, Lüksemburq Şahzadəsi Jan və digər yüksəkvəzifəli şəxslər var.

Forumun əsas müzakirələri Azərbaycanın Şərqi Avropanın elektrik enerjisi ilə təminatındakı roluna, Yaxın Şərqdəki vəziyyətə, beynəlxalq korporativ siyasətdə etik qaydalar monitorinqinin keçirilməsinə həsr ediləcək.

Xəbər lenti

Xəbər lenti