...

İlham Əliyev Türkiyə Prezidenti ilə görüş keçirib

Siyasət Materials 26 İyun 2012 14:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyə Prezidenti Abdulla Gül ilə ikitərəfli görüş keçirib. Görüş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin dövlət və hökumət rəhbərlərinin yubiley sammitində keçirilib.
İlham Əliyev Türkiyə Prezidenti ilə görüş keçirib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyə Prezidenti Abdulla Gül ilə ikitərəfli görüş keçirib. Görüş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin dövlət və hökumət rəhbərlərinin yubiley sammitində keçirilib.

Görüşdə İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammitinin üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə sürətli inkişafından məmnunluq ifadə edən qardaş dövlətlərin başçıları bu əməkdaşlığın sonrakı inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Respublikalarımız arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razılıq bildirən prezidentlər bu sahənin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıblar.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti