...

Azərbaycanın İsveçrədəki yeni təyin olunmuş səfiri etimadnamələrini İsveçrə Prezidentinə təqdim edib

Siyasət Materials 26 İyun 2012 23:37 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini İsveçrə Konfederasiyasının Prezidenti Evelin Vidmer-Şlumpfa təqdim etmişdir. Bu barədə Trend-ə Azərbaycanın İsveçrədəki səfirliyində məlumat verilib.
Azərbaycanın İsveçrədəki yeni təyin olunmuş səfiri etimadnamələrini İsveçrə Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Çərşənbə axşamı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini İsveçrə Konfederasiyasının Prezidenti Evelin Vidmer-Şlumpfa təqdim etmişdir. Bu barədə Trend-ə Azərbaycanın İsveçrədəki səfirliyində məlumat verilib.

Etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində yeni təyin olunmuş səfirin İsveçrə Prezidenti ilə apardığı söhbət zamanı hər iki tərəfin Azərbaycanla İsveçrə arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnun olduğu vurğulanmış və ikitərəfli əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyindən əminlik ifadə edilmişdir.

Söhbət zamanı ikitərəfli əməkdaşlıq sahəsində qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti