...

Vaşinqtonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilmişdir (FOTO)

Siyasət Materials 27 İyun 2012 07:08 (UTC +04:00)
İyunun 25-də Vaşinqtonun “Hey-Adams” mehmanxanasının ziyafət salonunda Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təntənəli mərasim təşkil edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyində məlumat verilib.
Vaşinqtonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilmişdir (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İyunun 25-də Vaşinqtonun "Hey-Adams" mehmanxanasının ziyafət salonunda Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təntənəli mərasim təşkil edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyində məlumat verilib.

Bayram tədbirində ölkəmizin ABŞ-dakı hərbi attaşesi polkovnik Eldar İsmayılov Silahlı Qüvvələrimizin yaradılmasının tarixindən danışmışdır. O, Silahlı Qüvvələrimizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, eləcə də bir sıra inkişaf etmiş dövlətlərin orduları ilə əməkdaşlıq əlaqələrinin şəxsi heyətin döyüş qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulamışdır.

Son illərdə Azərbaycan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafını vurğulayan natiq beynəlxalq terrorla mübarizə aparan koalisiyanın üzvü kimi ölkəmizin hərbçilərinin Kosovo, İraq, Əfqanıstanda sülhməramlı əməliyyatlarda fəal iştirakını qeyd etmişdir.

Oklahoma ştatı Milli Qvardiyasının komandanının müavini, briqada generalı Uolter Fontan Azərbaycan ilə bu ştat arasında hərbi tərəfdaşlığın ABŞ-ın maraqlarına xidmət etdiyini vurğulamışdır. Bu dostluğun qlobal təhlükəsizlik naminə mübarizədə əhəmiyyətli rol oynadığını qeyd etmişdir.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında bildirmişdir ki, ABŞ ilə ölkəmiz arasında bu gün müşahidə olunan yüksək səviyyəli hərbi tərəfdaşlıq təsadüfi deyildir. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Avratlantik məkana inteqrasiya siyasəti - Qərb dövlətləri, xüsusilə də Birləşmiş Ştatlarla əməkdaşlığın inkişaf etdirilməsi məqsədyönlü seçimdir. Səfir Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə də regional və qlobal təhlükəsizliyin keşiyində duracağına əminliyini ifadə etmiş, yüksək səviyyəli strateji əməkdaşlığa görə ABŞ tərəfinə minnətdarlığını bildirmişdir.


Xəbər lenti

Xəbər lenti