...

Azərbaycan-Kaliforniya əlaqələri müzakirə olunub

Siyasət Materials 27 İyun 2012 10:57 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan-Kaliforniya əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə əməkdaşlıq məsələlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Baş konsulluğun məlumatında deyilir.

Görüşdə Azərbaycanın hazırkı inkişafı, regionda oynadığı önəmli rol, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Azərbaycanın Kaliforniya ştatı ilə əlaqələri və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti