...

Elnur Aslanov: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında fəal faktor kimi iştirak edir

Siyasət Materials 27 İyun 2012 13:34 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi onu göstərdi ki, bölgədə Azərbaycan olmadan heç bir layihə gerçəkləşə bilməz.
Elnur Aslanov: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında fəal faktor kimi iştirak edir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi onu göstərdi ki, bölgədə Azərbaycan olmadan heç bir layihə gerçəkləşə bilməz. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyası təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Dünən Türkiyədə imzalanmış TANAP layihəsi həqiqətən də çox önəmlidir. Bu, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu layihə enerji sahəsində Azərbaycanın önəmini bir daha vurğulayır, həmçinin istər bölgə, istərsə də Avropa üçün önəmini gündəmə gətirir. Son illər ərzində Azərbaycanın enerji siyasətinin aparılması bir daha onu göstərir ki, Azərbaycanın siyasəti tam şəffafdır və Azərbaycan öz siyasəti ilə Avropanın enerji təhlükəsizliyinin təminatında vacib və fəal faktor kimi iştirak edir", - Aslanov deyib.

PA rəsmisi Azərbaycanın "Nabukko" layihəsində iştirakının ikinci plana keçib-keçməməsi ilə bağlı suala cavabında isə bildirib ki, Azərbaycan əvvəlcədən hər hansı qərar vermək istəmir.

Xəbər lenti

Xəbər lenti