...

Rusiya Qəbələ RLS-dən imtina edəcəyi təqdirdə, çox şey itirməyəcək - HHQ-nin baş komandanı

Siyasət Materials 27 İyun 2012 16:01 (UTC +04:00)
Əgər Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi haqqında razılığa gələ bilməsələr, Rusiya silahlı qüvvələri çox şey itirməyəcək.
Rusiya Qəbələ RLS-dən imtina edəcəyi təqdirdə, çox şey itirməyəcək - HHQ-nin baş komandanı

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Əgər Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi haqqında razılığa gələ bilməsələr, Rusiya silahlı qüvvələri çox şey itirməyəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) baş komandanı Viktor Bondarev bildirib.

Onun sözlərinə görə, HHQ üçün bu stansiya praktiki tətbiq kəsb etmir.

"Biz hazırda bu istiqaməti faktiki əvəz edən öz stansiyalarımızı tikirik. Əgər bu (Rusiyanın Qəbələ RLS-dən imtinası) baş versə, ola bilsin ki, müəyyən müddət az məlumat əldə edəcəyik, lakin bu, qısa müddət olacaq", - Bondarev RİA Novosti-də keçirilən mətbuat konfransında qeyd edib.

Xəbər lenti

Xəbər lenti