...

Makedoniya Prezidenti Azərbaycana səfərə gəlib

Siyasət Materials 28 İyun 2012 08:54 (UTC +04:00)
Makedoniya Respublikasının Prezidenti Gyorge İvanov Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün cümə axşamı Azərbaycan Respublikasına səfərə gəlib.
Makedoniya Prezidenti Azərbaycana səfərə gəlib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Makedoniya Respublikasının Prezidenti Gyorge İvanov Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün cümə axşamı Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Makedoniya Prezidenti Gyorge İvanovu və xanımı Maya İvanovanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Gyorge İvanov və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti