...

Azərbaycanla əməkdaşlıq Qafqaz xalqları üçün prioritetdir – Sergey Subbotin

Siyasət Materials 28 İyun 2012 12:50 (UTC +04:00)
Azərbaycanla strateji münasibətlər Qafqazda məskunlaşan qardaş xalqlar üçün prioritetdir.
Azərbaycanla əməkdaşlıq Qafqaz xalqları üçün prioritetdir – Sergey Subbotin

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanla strateji münasibətlər Qafqazda məskunlaşan qardaş xalqlar üçün prioritetdir. Trend-in məlumatına görə, bu barədə RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsinin müavini Sergey Subbotin cümə axşamı Bakıda üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda çıxış edərkən deyib.

"Biz Azərbaycan və Şimali Qafqaz Federal Dairəsinin əməkdaşlığı üçün hüquqi baza yaratmışıq, lakin bizim bu məsələdə üzərində işləyəcəyimiz çox işlər var", - Subbotin bildirib.

Onun sözlərinə görə, tərəflər arasında əməliyyatların əsas həcmi xammal və ilkin emal məhsullarının payına düşür.

"Rusiyanın vəzifəsi Azərbaycan biznesini Şimali Qafqazda turizmin inkişafına cəlb etməkdir. Dağ-xizək kurortlarının inkişafına bir çox ölkələr maraq göstərir. Lakin təəssüf ki, bu sahədə Azərbaycan biznesinin nümayəndələri azdır. Təəssüf ki, Azərbaycanla Rusiya arasında sərhədlərin qurulması məsələsi çox ləng həll olunur, lakin bu problemlərin həllinə nəhəng qarşılıqlı maraq var. Biz həmin məsələlərin effektiv həllini izləyəcək hansısa birgə icra orqanının olmasının vacibliyi ilə razıyıq", - Subbotin deyib.

Onun sözlərinə görə, Rusiya ŞQFD ilə bütün təmasları izləyəcək Şura yaradır.

"Biz Azərbaycanda ŞQFD vahid nümayəndəliyini yaratmaq istəyirik. Bu məsələ artıq həll olunub, indi hüquqi məsələlər həll edilir və yaxın vaxtlarda biz buna gələcəyik", - o deyib.

"Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu Bakıda cümə axşamı öz işinə başlayıb. Forumda RF-nin mərkəzi və regional orqanlarının, iri, orta və kiçik biznesin, Rusiya və Azərbaycan QHT-lərinin nümayəndələri iştirak edirlər.

Forum Rusiya və Azərbaycanın Prezident administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti