...

XİN: İran Azərbaycan vətəndaşlarının taleyi haqqında məlumat verməməklə beynəlxalq konvensiyanı pozur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyun 2012 19:54 (UTC +04:00)
İran Azərbaycan tərəfinə vətəndaşlarımızın taleyi haqqında məlumat verməməklə beynəlxalq konvensiyanı pozur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bir sıra KİV-in məlumatını şərh edərkən bildirib.
XİN: İran Azərbaycan vətəndaşlarının taleyi haqqında məlumat verməməklə beynəlxalq konvensiyanı pozur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S.Ağayeva/

İran Azərbaycan tərəfinə vətəndaşlarımızın taleyi haqqında məlumat verməməklə beynəlxalq konvensiyanı pozur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bir sıra KİV-in məlumatını şərh edərkən bildirib.

O deyib ki, Azərbaycan XİN-ə Azərbaycan vətəndaşlarının guya İranda cinayət törətmələri haqqında rəsmi məlumat daxil olmayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu gün iki vətəndaşımız haqqında məlumat vermək və Azərbaycan diplomatik missiyasının əməkdaşlarının onlarla görüşünü təşkil etmək tələbi ilə İran XİN-ə daha bir nota göndərib.

Abdullayev qeyd edib ki, Azərbaycan XİN bu məsələni diqqət mərkəzində saxlayır və vətəndaşlarımıza cinayət işinin açılmasına imkan verməyəcək.

İki Azərbaycan vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-dən İranda itkin düşüblər.

Xəbər lenti

Xəbər lenti