...

Elmar Məmmədyarov Estoniya parlamentinin sədri ilə görüşüb

Siyasət Materials 28 İyun 2012 20:34 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Estoniya parlamentinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Məmmədyarov Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.

Öz növbəsində, Estoniya parlamentinin spikeri Azərbaycana səfər etməsindən məmnun olduğunu ifadə edib və ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin inkişaf etdirilməsində ölkələrimizin dövlət başçılarının rolu xüsusi olaraq vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyi qeyd edilib.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti