...

Monteneqro Prezidenti Azərbaycana səfərə gəlib

Siyasət Materials 28 İyun 2012 22:28 (UTC +04:00)
Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün iyunun 28-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.
Monteneqro Prezidenti Azərbaycana səfərə gəlib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün iyunun 28-də Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqro Prezidenti Filip Vuyanoviçi və xanımı Svetlana Vuyanovici hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.

Prezident Filip Vuyanoviç və xanımı hava limanından onlar üçün ayrılmış iqamətgaha yola düşdülər.

Xəbər lenti

Xəbər lenti