...

Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

Siyasət Materials 29 İyun 2012 12:29 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Trend-in məlumatına görə, qrupun rəhbəri Xanlar Fətiyev təyin olunub.

Xatırladaq ki, iyunun 23-də Kolumbiya Senatı tərəfindən "Kolumbiya və Azərbaycan Respublikası arasında Dostluq Qrupu"nun yaradılması barədə Qətnamə qəbul edilib.

Həmçinin iclasda Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin olunub. Bu vəzifəyə Malik Həsənov təyin edilib.

Xəbər lenti

Xəbər lenti