...

Azərbaycan Milli Məclisi bir sıra hökumətlərarası sənədləri ratifikasiya edib

Siyasət Materials 29 İyun 2012 12:54 (UTC +04:00)
Azərbaycan Milli Məclisi cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökümətlərarası sənədləri ratifikasiya edib.
Azərbaycan Milli Məclisi bir sıra hökumətlərarası sənədləri ratifikasiya edib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökümətlərarası sənədləri ratifikasiya edib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Prezidenti və Qırğız Prezidentinin Birgə Bəyanatı, "Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilib.

İclasda Milli Məclis tərəfindən "Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu"na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi edilib, həmçinin "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" Saziş təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti