...

Avstraliya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır - xüsusi nümayəndə (FOTO)

Siyasət Materials 29 İyun 2012 19:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliya İttifaqı Baş nazirinin Balkan ölkələri, Şərqi Avropa və Qafqaz üzrə xüsusi nümayəndəsi Russel Trudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avstraliya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır - xüsusi nümayəndə (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliya İttifaqı Baş nazirinin Balkan ölkələri, Şərqi Avropa və Qafqaz üzrə xüsusi nümayəndəsi Russel Trudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov avstraliyalı qonağı ölkəmizdə salamlayıb və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Xüsusi nümayəndə Russel Trudi Azərbaycanın geostrateji əhəmiyyətini xüsusi vurğulayaraq, Avstraliyanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin Azərbaycan və Avstraliyanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr xüsusi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti