...

SAM-ın əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 30 İyun 2012 13:13 (UTC +04:00)
2 iyul 2012-ci ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçisi Gülmira Rzayeva Niderlandın Haaqa şəhərinə rəsmi səfərə yola düşəcək.
SAM-ın əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 30 iyun /Trend/

2 iyul 2012-ci ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçisi Gülmira Rzayeva Niderlandın Haaqa şəhərinə rəsmi səfərə yola düşəcək. Səfərdə məqsəd Avropanın ən nüfuzlu "beyin mərkəzləri"ndən biri olan Clingendael-də Mərkəzin Beynəlxalq Enerji proqramı çərçivəsində təşkil olunacaq yüksək səviyyəli qapalı ekspert görüşündə məruzəçi qismində iştirak etməkdir. Bu barədə Trend-ə SAM-dan bildirilib.

Görüşdə Niderlandın dövlət rəsmilərinin, o cümlədən senatorların və Avropanın tanınmış ekspertlərinin iştirakı nəzərdə tutulub. Azərbaycandan SAM-ın əməkdaşı Gülmira Rzayeva və ARDNŞ-nin vitse-prezidentinin müavini Vitaliy Baylarbayov dəvət olunub.

Görüşün məqsədi Xəzər regionunun dünya iqtisadi sisteminə inteqrasiyası və onun dünya bazarının Enerji təhlükəsizliyinə verəcəyi töhfənin keçmiş təcrübəsini və gələcək perspektivlərini müzakirə etməkdir.

2-4 iyul 2012-ci ildə SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev Yunanıstanın Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan "5-ci Beynəlxalq Qara Dəniz Simpoziumu"nda iştirak etmək üçün Yunanıstanın Afina şəhərinə gedəcək.

Tədbirdə Qara dəniz regionunun təhlükəsizlik məsələləri, təhsil, iqtisadi inkişaf, Avropa İttifaqına inteqrasiya və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Zaur Şiriyev tədbirdə "Avropa İttifaqının Cənubi Qafqaz strategiyası: Əlaqələrin intensivləşdirilməsi üçün şansla" adlı məruzə ilə çıxış edəcək.

Beynəlxalq Qara Dəniz simpozimu Qara dəniz regionunda ənənəvi olaraq siyasi, iqtisadi, təhlükəsizlik sahəsində hər il keçirilən beynəlxalq akademik platformdur.

Xəbər lenti

Xəbər lenti