...

Araz Əlizadə ASDP-nin sədri seçilib

Siyasət Materials 30 İyun 2012 17:52 (UTC +04:00)
Araz Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri seçilib.
Araz Əlizadə ASDP-nin sədri seçilib

Azərbaycan, Bakı, 30 iyun /Trend, muxbir E.Mehdiyev/

Araz Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri seçilib.

Trend-in məlumatına görə, bu barədə qərar partiyanın şənbə günü keçirilən 12-ci qurultayında səsvermədən sonra qəbul olunub.

Qurultayda, həmçinin partiyanın nizamnaməsinə bir sıra dəyişikliklər etməklə partiyanın strukturuna bəzi dəyişikliklər edilməsi barədə təkliflər irəli sürülüb və səsvermə nəticəsində qəbul olunub.

Belə ki, partiyanın həmsədr institutu ləğv olunaraq sədrlik institutu ilə əvəz edilib. Bundan əlavə, iki sədr müavini vəzifəsi ləğv olunaraq dörd sədr müavini vəzifəsi müəyyən edilib. Həmçinin partiyanın mərkəzi komitəsinin üzvlərinin sayı 27 nəfərdən 15 nəfərə qədər azaldılıb. Eyni zamanda, ASDP-nin müşavirlər institutunun yaradılması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, indiyə qədər ASDP-nin rəhbərliyi həmsədrlər institutundan ibarət idi. Lakin partiyanın həmsədri, keçmiş prezident Ayaz Mütəllibovun partiyadan getməsi ilə bağlı qərarından sonra ASDP həmsədrlik institutunun ləğv olunması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti