...

Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran şəhərinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 1 Avqust 2012 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran şəhərinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərinin tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun bölgənin təbiətinə, memarlıq ənənələrinə uyğun müasir şəkildə yenidən qurulması işlərini sürətləndirmək, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran şəhər İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti