...

İran və Rusiya Suriya məsələsini müzakirə edəcək

Siyasət Materials 3 Avqust 2012 11:13 (UTC +04:00)
İranın xarici işlər nazirinin Afrika və Ərəb ölkələri üzrə müavini Hüseyn Əmirabdullahian bu gün Moskvaya səfər edib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İran və Rusiya Suriya məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Cəfərov/

İranın xarici işlər nazirinin Afrika və Ərəb ölkələri üzrə müavini Hüseyn Əmirabdullahian bu gün Moskvaya səfər edib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, Əmiabdullahian birgünlük səfər zamanı Rusiya rəsmiləri ilə Suriya və Bəhreyndəki son durum haqqında müzakirələr aparacaq.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, 3 milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.

Ötən gün BMT və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annan öz vəzifəsindən istefa verib.

Xəbər lenti

Xəbər lenti