...

Moskva və Dəməşq RF-nin enerji resurslarının Suriyaya tədarükü barədə razılığa gəliblər

Siyasət Materials 3 Avqust 2012 19:10 (UTC +04:00)
Moskva və Dəməşq Rusiyanın enerji resurslarının yaxın vaxtlarda Suriyaya tədarükü barədə razılığa gəliblər.
Moskva və Dəməşq RF-nin enerji resurslarının Suriyaya tədarükü barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Moskva və Dəməşq Rusiyanın enerji resurslarının yaxın vaxtlarda Suriyaya tədarükü barədə razılığa gəliblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Suriya Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Qədri Cəmil mətbuat konfransında bildirib.

"Enerji resursları ilə bağlı problemlərin həlli üçün Rusiya ilə anlaşma və razılıq əldə edilib və ümid edirəm ki, yaxın vaxtlarda konkret addımlar atılacaq", - o bəyan edib.

Cəmilin sözlərinə görə, Qərb ölkələrinin Suriyaya qarşı birtərəfli qanunsuz sanksiyaları ölkə iqtisadiyyatına mənfi təsir edir. Xüsusilə, neft və neft emalı məhsulları - mazut və qaz çatışmazlığı hiss edilməyə başlanıb.

"Bu, qanunsuz sanksiyalardır və Rusiya indiki şəraitdə Suriyaya iqtisadi yardım etməyi öz üzərinə götürüb", - Cəmil vurğulayıb.

Xəbər lenti

Xəbər lenti