...

İrandakı zəlzələdə həlak olanlar və zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Siyasət Materials 13 Avqust 2012 12:47 (UTC +04:00)
İranda baş vermiş zəlzələdə həlak olanlar və zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə məlumat verib.
İrandakı zəlzələdə həlak olanlar və zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir S.Ağayeva /

İranda baş vermiş zəlzələdə həlak olanlar və zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə məlumat verib.

Baş konsulluğun əməkdaşları dünən və bu gün səhər zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə yaradılan Mərkəzi qərargahda olublar və qərargahdan verilən məlumata görə, yeraltı təkanlar zamanı həlak olanlar və yaralananalar arasında Azərbaycan vətəndaşları yoxdur.

Diplomatın sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə göndərilən Azərbaycanın FHN-nin humanitar yardım karvanı artıq Biləsuvar sərhəd buraxılış məntəqəsinə çatıb və yaxın saatlarda yük İran ərazisinə daxil olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bazar ertəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata əsasən, avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.

İranın Şərqi Azərbaycan əyalətində şənbə günü 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti