...

İran müsəlman ölkələri arasında hərbi ittifaq yaratmağı təklif edir

Siyasət Materials 14 Avqust 2012 14:52 (UTC +04:00)
Müsəlman ölkələri arasında hərbi ittifaqın yaradılması zəruridir. Bu ittifaq müsəlman ölkələrinə olan hücumları dəf etmək, eləcə də Fələstin xalqını müdafiə etmək məqsədilə yaradıla bilər.
İran müsəlman ölkələri arasında hərbi ittifaq yaratmağı təklif edir

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir T.Cəfərov/

Müsəlman ölkələri arasında hərbi ittifaqın yaradılması zəruridir. Bu ittifaq müsəlman ölkələrinə olan hücumları dəf etmək, eləcə də Fələstin xalqını müdafiə etmək məqsədilə yaradıla bilər. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi bu gün nazirliyin iclasında çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Vəhidi öz çıxışında Qüds gününün əhəmiyyətindən və müsəlmanların Qüds ətrafında birləşməsinin zəruriliyindən danışıb.

"Fələstin dəyərlərini müdafiə məqsədi ilə müsəlman ölkələri arasında güclü və strateji ittifaq yaranarsa, sionist rejimin Fələstin xalqının istəklərinə boyun əyməkdən başqa çarəsi olmayacaq", - Vəhidi bildirib.

Nazir bəzi KİV-də yayılan İsrailin İrana hücum edəcəyi ilə bağlı məlumatlara da münasibət bildirib.

O deyib ki, 22 günlük və 33 günlük müharibədə gülünc vəziyyətdə düşmüş və uduzmuş İsrail rejimi İran xalqının iradəsi və gücü qarşısında müqavimət göstərmək iqtidarında deyil.

Vəhidi əlavə edib ki, İrana hücum etməklə hədələmək onların gücünün deyil, qorxaq və zəif olmalarının göstəricisidir.

Həri il Ramazan ayının axırıncı cümə günü - Qüds günü dünyanın bir çox ölkələrində İsrailə qarşı etiraz aksiyaları keçirilir.

Xəbər lenti

Xəbər lenti